Şəbnəm Tovuzlu doğum günündə 173 min manat pul yığıb.
Kanal.az xəbər verir ki, bu barədə müğənni “Rəngarəng” verilişində bildirib.
O, qeyd edib ki, 2018-ci ildən özünə ad günü tədbiri keçirməyib:
“Heç vaxt ad günü etməmişəm. 2017-ci ildə oğluma kiçik toy etmişəm. 2018-ci ilin sonunda özümə doğum günü etmişəm. Bu illər ərzində heç bir sənətçinin, həmkarımın, rəfiqəmin, yaxınlarımın xeyir işindən qalmamışam. Getməsəm belə nəmərimi göndərmişəm”.
Müğənni deyib ki, ad günündə yazılan nəmərlərdən ən böyük məbləğ 10 min manat olub. (az24.az)