Şəbnəm Tovuzlu-nun Əri ilə Şəkili Yayıldı
Maraqlı
22.04.2021 23:08
1134

Şəbnəm Tovuzlu-nun Əri ilə Şəkili Yayıldı

Loading...

Son günlər adı saytların manşetindən düşməyən Şəbnəm Əsədova (Tovuzlu) barədə yeni məlumatlar yayılıb. Onun yeni sevgilisi barədə çıxan xəbərdən sonra müğənni yeni açıqlamalar vermişdi. 

KANAL.AZ xəbər verir ki, o, musavat.com-un müxbirinə demişdi ki, həqiqətən də, hacı Rafiq adlı şəxslə evlidi.

Amma adıçəkilən şəxs mətbuatın təqdim etdiyi adam deyil. Şəbnəm Əsədova bildirib ki, hacı Rafiq adlı şəxslə evlidi, yaxın aylarda oğulları olacaq. Lakin bu Rafiqin başqa adam olduğunu, medianın təqdim etdiyi şəxs olmadığını söyləmişdi. 

Şəbnəm Əsədovadan sitat: 

"Yazılarda qeyd olunan başqa hacı Rafiqdir. Mənim yoldaşımın obyektləri "Memar Əcəmi"də deyil, "Tarqovı"da, "İçərişəhər"də və Moskvada var. O, Surqutda yaşayan adam olub. Bizim müğənnilərin çoxunun birinci ailəsi dağılıb, sonra da ailə qurub, burada nə var ki. Bizim də uşağımız olacaq, əsilli-köklü adamıq.

Həyat yoldaşım iki ildir Həcc ziyarətinə gedib-gəlib, din adamıdır. Başqa bir hacı Rafiq də var.

Ola bilsin ki, o adam bir qədər məşhurdur deyə, onunla səhv salınıb. Bəli, o adamın övladları var, özü də beyləqanlıdır. Mənim yoldaşım o deyil. Hacılar min dənə var, elə hacı Rafiq də var".


şəbnəm tovuzlu
əri
Loading...
close
close