Müğənni Şəbnəm Tovuzlu "Rəngarəng" verilişində yaşanan qalmaqallı anlarla gündəmə gəlib.
Kanal.az xəbər verir ki, canlı efirdə sənətçi ilə verilişin aparıcısı Zaur Nəbioğlu arasında gərgin mübahisə yaşanıb.
Proqram zamanı aparıcının Şəbnəm Tovuzlunu "qalmaqallı müğənni" kimi təqdim etməsi sənətçinin narazılığına səbəb olub. Buna sərt reaksiya verən müğənni bu ifadə ilə qətiyyən razılaşmadığını bildirib:
"Mən qalmaqallı müğənni deyiləm", - deyə o, etirazını dilə gətirib.
Gərginlik qısa zamanda pik həddə çatıb və Şəbnəm Tovuzlu efiri tərk edib. Tərəflər arasındakı söz atışması bununla da bitməyib, mübahisə verilişdən sonra kulisdə də davam edib.
Hadisə sosial şəbəkələrdə və izləyicilər arasında geniş müzakirələrə səbəb olub. Tamaşaçılar baş verənlərə fərqli münasibət bildirərək həm müğənnini, həm də aparıcını tənqid və ya müdafiə edən fikirlər səsləndiriblər.