65706f234844a202312235459

“Sea Breeze” işinə görə axtarışda olan 6 nəfər haradadır? - VİDEO + FOTO

sorğu-sual etmişdi: “Kişi kimi danış, orda dava necə başladı? Sən pis söyüş söydün, ona görə… Onun səhəri biz gedib restoranda oturduq, sən Elmirdən üzr istədin. Elmirə dedin ki, nə söyüş söymüşəmsə, özümə getsin. Barışıqdan sonra da gedib şikayət verdin. Məsələ belə olub”.

Məhkəmədə aydın oldu ki, polisdə iki gün saxlanılan Elnur Məmmədov sonradan sərbəst buraxılıb. Onun dostu Cavad Muradovu isə saxlayıblar.  Eyni zamanda, davanın əsas səbəbkarı Elnur Məmmədovu və yanında olan Cavad Muradovu zərərçəkən qismində tanıyıblar!

Fotoda: Cavad Muradov

Həmçinin Elnur Məmmədovun dostu Cavad Muradovla Şamxal Məmmədova da təqsirləndirilən qismində ittiham elan olunub. Elnur Məmmədov isə bu iş üzrə şahid kimi tanınıb.

Məhkəmədə vəkillər deyib ki, istintaq zamanı onlara verilən məlumata görə Elnur Məmmədovun barəsində də cinayət işi başlanıb. Həmin cinayət işi üzrə 6 təqsirli şəxs axtarışdadır. Həmin şəxslər tutulub istintaqa cəlb olunacaqları halda Elnur Məmmədov da həbs olunacaq.

Vəkillər məhkəmədə israrla həmin cinayət işi üzrə qərarın onlara təqdim edilməsini tələb etsələr də, bu məsələ hələ də aydınlaşdırılmayıb.

Yeri gəlmişkən bir məqamı da qeyd edək ki, Elnur Məmmədovun qardaşı Prokurorluq orqanlarında məsul vəzifədə çalışır. 

Fotoda: Elnur Məmmədov

Elmir İsmayılov və digərlərinin işi üzrə keçirilən məhkəmə prosesində Elnur Məmmədov şahid qismində dindirilib. Hətta onun həbsdəki dostu Cavad Muradov belə Elnur Məmmədova irad bildirib, ona görə 6 aya yaxın həbsdə olduqlarını deyib. 

 

Hazırda məhkəmədə təqsirləndirilən şəxslər sərbəst ifadə verirlər. Artıq Elmir İsmayılov, Məhəmməd Həsənzadə və Peyman Vəlizadənin  ifadəsi yekunlaşıb.

 

Dekabrın 7-də keçirilən prosesdə yeniyetmə M.Ə-nin sərbəst ifadə verəcəyi, bundan sonra prokurorun ittiham nitqi ilə çıxış edəcəyi gözlənilir.

 

İndi əsas sual budur: Prokurorun çıxışı hansı yöndə olacaq?

 

Qeyd edək ki, Elnur Məmmədov oliqarx, Binəqədi İcra Hakimiyyəti başçısının sabiq  müavini Leysan Məmmədovun oğludur.

Davanın görüntüləri: