“Sanksiyalar Rusiya iqtisadiyyatına ciddi təsir edəcək. Lakin bu, Putinin vecinə deyil”.
Kanal.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles açıqlama verib. O bildirib ki, Rusiya Ukraynada istədiyi sürətlə irəliləyə bilmədiyi üçün daha şiddətli hava hücumları edə bilər. Nazir Kiyevə yaxınlaşan rus hərbi karvanının bəzi səbəblərə görə dayandığını ifadə edib.