Samirə məhkəməyə getməyə hazırlaşır - Akif Nağıdan reaksiya

  • Gündəm
  • 25 Noyabr 2025
6925a9a5afc65202511250541

Xəbər verildiyi kimi, müğənni Samirə Əfəndi Azad Vətən Partiyasının sədri Akif Nağını məhkəməyə verəcək.

Kanal.az xəbər verir ki, partiya sədri Akif Nağı məsələ ilə bağlı Musavat.com-a danışıb:

“Samirə Əfəndi əgər maraqlansaydı, görərdi ki, ermənilərin Bakıya gəlməsi ilə bağlı da reaksiya vermişəm, sosial şəbəkələrdə çıxışım var. Ümumiyyətlə, bu gediş-gəlişlərin əleyhinəyəm və bunu da əsaslandırıram. Yəni ermənilərlə dostluq münasibətlərinin yeri yoxdur, onlar bunu başa düşmür və bizə arxadan zərbə vururlar.

O ki qaldı Samirə Əfəndinin məni məhkəməyə verməsi məsələsinə, məhkəmədə görüşərik. Əgər o, özünə hörmət edirdisə, bir baxardı sosial şəbəkələrdə, mətbuatda görərdi ki, heç mənim tanımadığım adamlar onun haqqında nələr deyir və Akif Nağının mövqeyini 99,9 faiz dəstəkləyirlər. Yəni əgər bunu görmürsə və məni məhkəmə ilə hədələyirsə, demək ki, bu adam reallıq hissini itirib. Səhv edib və əgər səhv edibsə, səhvini başa düşməlidir.

Hələ bir açıqlamasını da gördüm, deyir ki, mən ora ölkə rəhbərliyinin tapşırığı ilə getmişəm. İndi camaat belə başa düşməlidir ki, bu hərəkəti ölkə rəhbərliyinin tapşırığı ilə edib? Sən kimsən ki, sənə ölkə rəhbərliyi belə bir tapşırıq versin? Bu adam nəsə özünü idarə edə bilmir”.

Akif Nağı müğənninin qazi qızı olması məsələsinə də şübhə ilə yanaşdığını deyib:

“Deyirlər ki, qazi qızıdır. Mən inanmaram ki, bir qazi qızı bu cür hərəkət etsin. Qazinin qızıdırsa, çıxsın ortaya, desin ki, qızı düz edir, yoxsa səhv edir. Qazi qızıyam deyir, amma qazi atasının nə adını, nə familiyasını, harada döyüşüb, döyüş yoldaşları kim olub, bu haqda heç nə demir. Yalnız istədiyi şeyləri danışır, amma arxasında bir sübut yoxdur”.

Xatırladaq ki, Qazaxıstanın paytaxtı Astana şəhərində beynəlxalq musiqi müsabiqəsi keçirilib. Azərbaycanı münsiflər heyətində təmsil edən müğənni Samirə Əfəndi Ermənistan iştirakçısı Saro Gevorkyana 12 bal verib. Daha sonra o, Saro Gevorkyanı qucaqlayaraq bağrına basıb.

Oxşar xəbərlər