Salyanda balıq oğruları saxlandı
Maraqlı
06.03.2021 14:45
480

Salyanda balıq oğruları saxlandı

Loading...

Kanal.az oxu.az -a istinadən bildirir ki, Salyanda süni göldən balıq oğurlayıb satan şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala rayon sakini Z.Əmənovun idarə etdiyi “Niva” markalı avtomobilə baxış zamanı oradan 160 kiloqram “Çəki” balığı aşkar edilərək götürülüb. 

Araşdırmalarla həmin balıqların Qaraçala qəsəbəsindəki süni balıq göllərinin birindən oğurlanaraq Z.Əmənova satılması müəyyən edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Kürsəngi kənd sakinləri S.Bəbirov və S.Dünyamalıyev müəyyən edilərək saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır. 

balığ ovu
balıqçılar
göldə balığ
balığ oğurluğu
Çəki balığı
Loading...
close
close