Samir Şərifovu bu nazir əvəzləyəcək
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Samir Şərifovu əvəzləyəcək.
Ajans.az xəbər verir ki, bu barədə "Gününsəsi"nə hökumətdəki məlumatlı mənbələrdən informasiya daxil olub.
Qeyd olunur ki, bundan əlavə büdcə gəlirlərini təmin edən əsas dövlət qurumları birləşdiriləcək və yeni qurum yaradılacaq.
Onun tərkibinə Maliyyə Nazirliyi, Dövlət Vergi Xidməti, Dövlət Gömrük Komitəsi və s. qurumlar daxil edilə bilər.
Bir sıra ölkələrin təcrübəsində dövlət gəlirləri vahid qurum tərəfindən idarə olunur və görünür, Azərbaycan hökuməti də bu təcrübədən istifadə etmək qərarına gəlib.
***Maliyyə naziri Samir Şərifov tutduğu vəzifəsindən azad edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı digər Sərəncamla o, Azərbaycan Baş nazirinin müavini təyin olunub.
Qeyd edək ki, S.Şərifov 2006-cı ilin aprel ayının 18-dən maliyyə naziri vəzifəsində çalışıb.
- Gündəm
- 10 Yanvar 2025