Şagirdi tərəfindən güllələnən müəllimlə bağlı yeni faktlar: "Deyirdi ki, bir gün güllələyəcəm..." – FOTO

  • Gündəm
  • 06 Fevral 2026
6985ca4e79651202602260238

"İdrak" liseyində müəllimi güllələyən şagirdlə bağlı ilginc iddialar yayılıb.

Kanal.az bildirir ki, hadisə şahidlərindən biri deyib ki, həmin şagird son günlərdə bir neçə dəfə müəllimi tərəfindən sıxışdırıldığını, bundan bezdiyini və onu güllələyəcəyini deyib.

"O şagirdin davranış pozuntuları var idi. Düşünmürdük ki, belə bir addım atar. Bu gün isə hadisə baş verəndə səs-küyə çölə çıxdıq. Tüfəngi qoyub, qaçmışdı".

Bəzi iddialara görə isə müəllimi güllələyən şagird kompüter oyunlarına maraq göstərib. Onun bu hadisəni də həmin oyunların təsiri altında törətdiyi ehtimal edilir.

Qeyd edək ki, valideynlər təcili şəkildə məktəbə gələrək övladlarını məktəbdən götürürlər. "Mən də övladımı götürməyə gəlmişəm. Hamımız çox həyəcanlıyıq. Olanlar bizi dəhşətə gətirib",- deyə valideynlərdən biri qeyd edib.

Xatırladaq ki, bu gün saat 9 radələrində Binəqədi rayonunda yerləşən "İdrak" liseyində 10-cu sinif şagirdi Ə.Ş insident törədib. musavat.com

***

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakıda yerləşən “İdrak” liseyinin qarşısında silahlı insident baş verib. Liseyin 10-cu sinif şagirdi 28 yaşlı müəllimi – Şəhla Kamilovanı ov tüfəngi ilə güllələyib.

Kanal.az Bizim.Media-ya istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Şəhla Kamilova Xətai rayonunda yerləşən 260 saylı məktəbi yüksək nəticələrlə bitirib.

Daha sonra isə Bakı Dövlət Universitetinin Kompüter elmləri ixtisasında təhsil alıb.

Qeyd edək ki, Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan müəllimənin vəziyyəti hazırda orta-ağırdır.

Hadisəni törədən şagird isə polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. 

Oxşar xəbərlər