Sabir Rüstəmxanlı qızı ilə Elçinin boşanmasından danışdı: "Yaradıcı adamların yaxşı ailə başçısı olması çətindir"

  • Gündəm
  • 30 Oktyabr 2025
6903098b883d4202510254531

"Yaradıcı adam kimi ona hörmətim var. Yaradıcı adamların yaxşı ailə başçısı olması çətindir. Uşaqlarımın seçimi özü olub".

Kanal.az xəbər verir ki, bu sözləri Xalq şairi Sabir Rüstəmxanlı "Həftənin qonağı" proqramında deyib. R.Rüstəmxanlı qızı Aydanla ailəli olan müğənni Elçin Cəfərovdan danışıb.

O, qızı ilə müğənninin boşanması haqda suala belə reaksiya verib:

"Uşaqlarına baxırlar, əlaqələri var. Rəsmilik hər şeyi həll etmir. Heç nə deyə bilmərəm. İndiki uşaqların nə ayrılığı, nə birliyi bilinir. Rahat deyilsənsə, başqa cür olmur. Əsas bir yerdə olub, uşaqlar üçün problem yaratmaq deyil. Uşağın gələcəyini ziyan vuran münaqişə varsa, imtina etmək lazımdır. Hər bir ailənin əsas işi gözəl övlad yetişdirməkdir. Ailənin çiçəyi açılır, içindən meyvə çıxır. Gərək çiçəkdən çürük meyvə çıxmasın, təmiz olsun. Çiçək ailədir, orada tozlanma düz getmir, hava çirklidir... Biri gedir, biri gəlir... Uşaqları olandan sonra övladlarımız bizi daha yaxşı başa düşür".

Oxşar xəbərlər