Şabalıdın bilinməyən faydaları: Siz də yararlanın
Şabalıd pəhriz lifləri, minerallar, sağlam yağlar, vitaminlər və antioksidantlar da daxil olmaqla qida maddələri ilə zəngindir.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, şabalıd C vitamini ilə zəngindir.
Xüsusilə soyuq qış günlərində qızardılmış, qaynadılmış və ya desert kimi istehlak edilə bilən şabalıd immunitet sistemini gücləndirmək, xroniki xəstəliklərin qarşısını almaq kimi bir çox sağlamlıq faydası təmin edir.
100 qram qovrulmuş şabalıdın qida dəyəri:
190 kalori 41 qram karbohidrat, 10 qram şəkər 2,4 qram yağ 3,7 qram protein 8,3 qram lif.
Şabalıdın tərkibində C, E və B vitaminləri, (B1, B2, B3, B6 və B9), fosfor, maqnezium, kükürd və kalsium kimi digər minerallar da var.
Qovrulmuş şabalıd daha çox vitamin və mineral ehtiva edir. Şabalıd C vitamini ehtiva edir və zəngin B6 vitamini mənbəyidir.
Həm də həzm sisteminin düzgün işləməsi üçün lazım olan yaxşı bir lif mənbəyidir.
Antioksidant və C vitamini mənbəyi olan şabalıdın faydaları aşağıdakılardır:
Şabalıd iltihabın qarşısını almağa kömək edir.
Qan təzyiqini tənzimləməyə kömək edərək ürək sağlamlığını qoruyur.
Şabalıd həzmi dəstəkləyir və bağırsaq florasını qoruyur.
Xolesterolu azaltmağa kömək edir.
Tərkibində kalsium, fosfor və maqnezium olduğu üçün sümükləri qoruyur.
Tərkibindəki B vitamini xoşbəxtlik hormonu olan serotonin istehsalını dəstəkləyir.
Arıqlamağa kömək edir.
Tərkibində yüksək karbohidrat olduğu üçün şabalıdın nəzarətli istehlakı diabet və ya piylənmə olan xəstələrə tövsiyə olunur.
Şabalıd çiy istehlak edildikdə həzm problemlərinə səbəb ola biləcək bəzi aktiv maddələr ehtiva edir. Həzmsizlik və ya qastrit kimi bağırsaq problemlərinə səbəb ola bilər. Şabalıd bişmiş halda yeyilməlidir.
- Sağlamlıq
- 21 May 2024