Sabah yağış yağacaq
Ölkə
05.06.2021 18:46
572

Sabah yağış yağacaq

Azərbaycanda iyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə iyunun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. 

Arabir güclənın şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 25-28, 
Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi norma daxilində 759 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 6-da gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.  

İyunun 6-da Azərbaycanın rayonlarında əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. 
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

hava durumu
hava proqnozu
sabah hava
hava haqqında
Loading...
Loading...