Rusiyaya məxsus 19 təyyarə Qazaxıstana endi: KTMT hərbçiləri bu yolla…

  • Dünya
  • 16 Yanvar 2022 20:49
  • Oxunub: 1234

Qazaxıstanda missiyalarını yerinə yetirən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlılarından ibarət 19 təyyarə “Çkalovski” aerodromuna enib.

Kanal.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya desantlarının olduğu Rusiya Aerokosmik Qüvvələrinin 19 təyyarəsi (18 İl-76 və 1 ədəd An-124 “Ruslan” təyyarəsi) Qazaxıstandan Moskva yaxınlığındakı “Çkalovski” aerodromuna eniş edib.

Ötən gün sülhməramlı kontingentin bir hissəsi Qazaxıstandan Rusiyaya qayıdıb. Onların gətirilməsində 15 İl-76 və 3 ədəd An-124 təyyarələri iştirak edib.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas Yanvarın 19-dək bütün sülhməramlıların Qazaxıstanı tərk edəcəyini bildirmişdi.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...