Kreml Rusiya

"Rusiyaya gülürlər, o, artıq dünya dövləti kimi mövcud deyil" - Avetisyan

“Rusiyaya gülürlər, o, artıq dünya dövləti kimi mövcud deyil”.

Kanal.az erməni mediasına istinadla xəbər verir ki, bu sözləri Milli Demokratik Qütbünün (MDQ) üzvü Varujan Avetisyan deyib. O, canlı efirdə çıxışı zamanı Rusiyanın artıq gücsüz bir dövlət olduğunu, bütün dünyanın Rusiyaya güldüyünü bildirib.

“Rusiya hətta paltaryuyan maşın istehsal edə bilmir. Rusiyanı qara kif bürüyüb. Rusiyada bütün dünyanın acığına mövcud olan yırtıcı bir sistem var. Əziz ermənilər, Rusiyaya gülürlər, o, artıq dünya dövləti kimi mövcud deyil. Yalnız Rusiyanın Ermənistanda olması onun qlobal sistem kimi ayaqda qalmasına imkan verir”, – deyə Avetisyan vurğulayıb.