Rusiyanın kəşfiyyatçı PUA-sı Türkiyədə tapıldı

  • Dünya
  • 22 İyun 2022 14:44
62b31408b8fa2_orlan-pua
  • Oxunub: 140

Türkiyənin Gümüşhanə vilayətində dağlıq əraziyə göbələk yığmağa gedən vətəndaşlar yerə düşmüş PUA tapıblar.

Kanal.az xəbər verir ki, əraziyə cəlb edilən təhlükəsizlik qüvvələri PUA-nın kəşfiyyat məqsədli Rusiya istehsalı olan silahsız "Orlan-10" modeli olduğunu müəyyən ediblər.

1400 kilometr mənzilli PUA-nın Rusiya-Ukrayna müharibəsi səbəbindən Ukrayna və ya Suriya bölgəsində siqnal itdikdən sonra bu əraziyə düşdüyü güman edilir.

Təhlükəsizlik qüvvələri tərəfindən hadisə yerindən götürülən PUA araşdırma üçün Ankaraya göndərilib.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...