621e5a346b9ad_mghmfhkuuk

Rusiyanın hərbi karvanı Kiyev yaxınlığında qəflətən dayandı - FOTOLAR

Rusiya ordusunun Kiyev istiqamətində hərəkət edən hərbi karvanı paytaxtdan bir neçə kilometr məsafədə dayanıb.

Kanal.az xəbər verir ki, bu barədə Röyters agentliyi amerikalı nümayəndələrə istinadən məlumat yayıb. Güman edilir ki, hərbi karvan qida və yanacaq probleminə görə dayanıb. Bəzi dairələr isə bildirir ki, rus hərbçilər son vəziyyəti nəzərdən keçirmək yeni taktika qurmaq üçün dayanıblar.

Qeyd edək ki, peyk görüntüləri əsasında hərbi karvanın 64 kilometr uzunluğunda olduğu bildirilir.