Rusiyanın 2,5 aya itirdiklərinin həcmi... - ŞOK AÇIQLAMA

  • Dünya
  • 14 May 2022 16:14
  • Oxunub: 333

Ukrayna fəth edilməyib, mərdlik və fədakarlıqla özünü müdafiə edir. NATO isə geri çəkilməyib və Alyansın şərq cinahını gücləndirib. Finlandiya və İsveç qoşulandan sonra NATO daha da güclənəcək.

Kanal.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts deyib.

“Rusiya 2,5 ayda Sovet İttifaqının 10 ildə Əfqanıstanda itirdiyindən qat-qat çox itki verib. Putin başa düşməlidir ki, vəziyyətdən yeganə çıxış yolu Ukrayna ilə danışıqlar aparmaqdır”, - Şolts bildirib.

Qeyd edək ki, Vladimir Putin və Olaf Şolts arasında mayın 13-ü telefon danışığı baş tutub.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...