Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb.
Kanal.az xəbər verir ki, görüntülər cəzaçəkmə müəssisələrinin birində lentə alınıb və sosial şəbəkədə paylaşılıb.
Məlumata görə, həmyerlilərimiz 1 həftə əvvəl Novosibirsk bazarında saxlanılıblar. Onlar OMON dəstəsi tərəfindən tutulduqlarını bildiriblər.
Azərbaycanlıların hansı səbəbdən həbs olunduğu barədə məlumat yoxdur.
(oxu.az)