Rusiya yeni çağırışçıları Ukraynaya gətirir – Britaniya MN

  • Dünya
  • 12 İyun 2022 15:48
  • Oxunub: 181

Rusiya Ukraynada hücumu gücləndirmək üçün yeni bölmələr yaratmağa çalışır. Ruslar çox güman ki, ehtiyatda olan əsgərləri və yeni çağırışçıları gətirəcəklər.

Kanal.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.

Məlumata görə, ruslar Severodonetsk və onun ətrafındakı əraziləri ələ keçirmək üçün əlavə qüvvələr və artilleriya balansından istifadə edirlər.

“Rusiya daha çox döyüş birləşmələri yaratmaq istəyir. Bununla belə, eyni vaxtda üç batalyondan maksimum ikisi əməliyyatlarda iştirak edir, rus briqadalarının bəzi əsgərləri çox vaxt tam təchiz olunmur”, - məlumatda qeyd olunub.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...