Rusiya vədinə əməl etdi: 355 tonluq nəhəng vasitə Türkiyəyə göndərildi -  FOTOLAR
Dünya
02.09.2021 22:48
0

Rusiya vədinə əməl etdi: 355 tonluq nəhəng vasitə Türkiyəyə göndərildi - FOTOLAR

Rusiyanın Türkiyənin Akkuyu nüvə stansiyası üçün hazırladığı nəhəng buxar generatoru hazırdır.

Kanal.az xəbər verir ki, 355 ton ağırlığındakı generator Türkiyəyə yola salınıb. Bildirilir ki, bu Mersində inşaası davam edən nüvə stansiyası üçün hazırlanmış buxar generatorundan birincisidir. Generator nəzərdə tutulan vaxtdan 8 ay tez hazırlanıb. Ümumilikdə isə 4 generator hazırlanmalıdır.

Qeyd edək ki, buxar generatorları nüvə stansiyalarının əsas təhlükəsizlik vasitələrindən hesab edilir.

Metbuat.az

Paylaş:
Loading...
Loading...