Rusiya Tokayevdən "intiqam"ını belə aldı: Qazaxıstandan...

  • Siyasət
  • 20 İyun 2022 11:43
  • Oxunub: 7175

Prezident Qasım Jomart-Tokayevin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda bir sıra bəyanatlar səsləndirməsindən sonra Rusiya Qazaxıstan neftinin ixrac üçün daşınmasına məhdudiyyətlər qoyur.

Kanal.az Report-a istinadən xəbər verir ki, Qazaxıstan neftinin ixracı Novorossiysk limanında dayandırılıb.

Buna səbəb kimi liman sularında İkinci Dünya müharibəsindən qalma mina ola biləcək obyektlərin tapılması göstərilib. Tədqiqat üçün Rusiya limanına ildə 67 milyon ton neft nəql edən Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) uzaq yanalma qurğularına bitişik akvatoriya bağlanıb.

Növbəti minatəmizləmə işləri iyunun 20-nə planlaşdırılıb və ayın sonuna qədər davam edə bilər.

Neftin nəqlinin dayanması Tokayevin Sankt-Peterburqa səfəri fonunda baş tutub, burada Qazaxıstan Prezidenti Kreml üçün gözlənilməz olan bəyanatlarla çıxış edib. Xüsusilə, o, Qazaxıstanın qondarma "dxr" və "lxr"i tanımadığını, onları “kvazidövlət qurumları” hesab etdiyini bildirib.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...