62f36af9c9e88202208222321

Rusiya təhdid etdi: "Ukraynada "Bayraktar" zavodu tikilsə vuracağıq"

"Ukraynada "Bayraktar" Türkiyə pilotsuz uçuş aparatlarının istehsalı zavodu tikilərsə, dərhal demilitarizasiya ediləcək".

Kanal.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

"Bu, ukraynalıların əzab çəkmələrini uzadacaq, lakin hərbi əməliyyatın məqsədindən yayına bilməyəcək", - Peskov qeyd edib.

Qeyd edək ki, daha əvvəl Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar Türkiyənin "Baykar" şirkətinin Ukraynada "Bayraktar" PUA-larını istehsal edəcək zavod üçün torpaq sahəsi aldığını demişdi. Onun sözlərinə görə, təxminən bir həftə əvvəl hökumət ikitərəfli sazişi təsdiq edib və onu ratifikasiya üçün parlamentə göndərib.