Ərdoğan 10 ölkənin liderinə zəng etdi - Adlar

“Rusiya sülhməramlıları 2025-ci ildə Qarabağı tərk edəcək” – Ərdoğan

Rusiya sülhməramlıları 2025-ci ilə qədər Qarabağda müəyyən edilmiş yerlərdə qalacaq, 2025-ci ildə isə onlar bu yerləri tərk edəcək.

Kanal.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO liderlərinin sammitindən sonra keçirilən mətbuat konfransında azərbaycanlı jurnalistin Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı sualını cavablandırarkən deyib.

Türkiyə Prezidenti Rusiyanın bu razılaşmaya sadiq qalacağına inandığını vurğulayıb.

“Qardaşım Əliyev (Azərbaycan Prezidenti İlham Əliyev-red) onsuz da bunu diqqətlə izləyir”, – Ərdoğan əlavə edib.