Rusiya qisas üçün START VERDİ: Finlandiyaya... - 20 ildən sonra BİR İLK

  • Dünya
  • 14 May 2022 21:32
  • Oxunub: 3139

Rusiya NATO-ya üzv olmağa hazırlaşan Finlandiyaya verdiyi elektrik enerjisini kəsib.

Kəsintiyə səbəb pulun ödənilməməsi göstərilir.

Finlandiya rəsmiləri gecə yarısından bəri elektrik tədarükünün sıfıra endirildiyin bildiriblər. Dövlət rəsmiləri elektrik enerjisində qıtlığın olmayacağını, lakin qiymətlərin arta biləcəyini deyib.

Rusiyanın bu addımı Finlandiyanın NATO-ya üzv olmaq istəməsindən sonra qisas məqsədilə atdığı iddia edilir.

Rusiyaya bağlı olan “RAO Nordic” adlı şirkət şənbə günündən Finlandiyaya elektrik enerjisinin kəsdiyini bildirib: “Artıq Rusiyadan az miqdarda elektrik enerjisi alınır. Mayın 6-dan bəri ödəniş yoxdur. Bu, çox fərqli bir hadisədir və 20 ildən artıqdır ilk dəfədir yaşanır”.  /teleqraf.com/

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...