63340924351dc202209224316

“Rusiya Qarabağ məsələsinin həllinin açarını itirib” - Ter-Petrosyan

Ermənistan dövlətinin keçmiş başçısı Rusiya, ABŞ və Aİ-nin Qarabağ nizamlanmasında imkanlarını dəyərləndirib.

Kanal.az xəbər verir ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Ermənistan İctimai Televiziyasının efirində açıqlama verən zaman bildirib ki, Rusiya artıq “Qarabağ problemi”nin həllində söz sahibi deyil: “Qarabağ nizamlanmasının açarı bir vaxtlar Rusiyanın əlində idi, indi isə onu itirib.

Rusiyanın timsalında Ukrayna hadisələri olmasaydı, hər şey qat-qat konstruktiv olardı. Vaxtilə Qarabağ məsələsinin həllinin açarı Rusiya Federasiyasının əlində idi, amma indi Moskvanın mövqeyi o qədər çətindir ki, o, bu açarı itirib”.

Levon Ter-Petrosyan Levon Ter-Petrosyan

Levon Ter-Petrosyanın sözlərinə görə, dünyada mövcud vəziyyət “Karib böhranı”ndan da pisdir.

Ermənistanın birinci prezidenti Rusiya, ABŞ və Aİ-nin “Dağlıq Qarabağ” münaqişəsinin həllində imkanlarını müqayisə edərək, Ukraynadakı vəziyyətə görə, Moskvanın potensialının zəiflədiyini vurğulayıb.

Sabiq dövlət başçısının sözlərinə görə, o hesab edir ki, ABŞ və Aİ-nin bu məsələdə iştrakı nəticəsində Ermənistan tərəfinin vəziyyəti daha da pisləşə bilər: “Amma hər şey Vaşinqton və Brüsselin Ukrayna məsələsində nə dərəcədə ciddi iştirak etməsindən asılıdır”.

Ter-Petrosyan onu da əlavə edib ki, hazırda İrəvanın “Dağlıq Qarabağ”ın işlərində iştirakı humanitar yardım və iqtisadiyyatın bərpası ilə məhdudlaşır.

“Ermənistan artıq Qarabağ məsələsində ciddi rol oynamır, onun səsvermə hüququ yoxdur”,- deyə Ermənistan Respublikasının keçmiş prezidenti bildirib.

Xatırladaq ki, Ermənistan tərəfi Qarabağ probleminin həlli üzrə danışıqların ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya, ABŞ, Fransa) formatında bərpa olunmasında israrlıdır. Azərbaycan isə “Dağlıq Qarabağ” adlı problemin qalmadığını bildirir və Minsk qrupunun iştirakını rədd edir. Bizimyolinfo