Rusiya Müdafiə Nazirliyi ilk dəfə Ukraynadakı itkilərini AÇIQLADI

  • Dünya
  • 02 Mart 2022
621fa7ddf2718_274725217_638424110552080_4821911894647760044_n

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya qoşunlarının xüsusi əməliyyatı başlayandan ölkənin Silahlı Qüvvələri itkiləri isə 498 nəfər təşkil edib.

“Təəssüf ki, xüsusi hərbi əməliyyatda iştirak edən yoldaşlarımız arasında itkilər var. 498 rusiyalı hərbçi xidməti borcunu yerinə yetirərkən həlak olub. Həlak olanların ailələrinə hər cür köməklik göstərilir. 1597 əsgər yoldaşımız isə yaralanıb”, - deyə Konaşenkov bildirib.

Oxşar xəbərlər