Rusiya ilə bu mövzuda irəliləyiş əldə etdik - Türkiyədən AÇIQLAMA

  • Dünya
  • 22 İyun 2022 15:51
62b3152c1ed6a_thumbs_b_c_94ba8dd4401cec52b9dcddf4368bc1be
  • Oxunub: 84

Bu gün Türkiyə Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada Ukrayna taxılının dəniz yolu ilə ixracına dair danışıqlar aparıb.

Kanal.az xəbər verir ki, bu barədə “Milliyət” qəzeti məlumat yayıb.

Məlumata görə, görüş konstruktiv və çox müsbət atmosferdə keçib:

“Görüş iştirakçıları Ukrayna və BMT-nin iştirakı ilə dördtərəfli danışıqların keçirilməsinə dair razılığa gəliblər. Rusiya və Türkiyə yük daşıyan ticarət gəmilərinin bağlanmış Ukrayna limanlarından çıxarılmasını və türk təyyarələrinin Borispol hava limanında təhlükəsiz geri qayıtmasını müzakirə edib. Kiyev, Moskva, Ankara və BMT nümayəndələrinin dördtərəfli görüşünə gəlincə isə bu, yaxın həftələrdə baş tutmalıdır”.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...