Rusiya dövlət agentliyi böyük itkiləri açıqladı: Dərhal sildilər - ŞOK RƏQƏMLƏR

  • Dünya
  • 26 Fevral 2022
ordu
  • Oxunub: 32239

Ukraynaya hücumlarını davam etdirən Rusiya ordusundakı itkilərlə bağlı son dəqiqə açıqlama gəlib.

Kanal.az Haber7.com-a istinadən xəbər verir ki, Rusiyanın dövlət agentliyi TASS ilk dəfə rus ordusunun itkiləri ilə bağlı məlumatları dərc etsə də, daha sonra məlumatları silib.

"26 fevral saat 12:00-a olan məlumata görə, Rusiya Federasiyası Silahlı Qüvvələri hələ də nəzərəçarpacaq irəliləyiş əldə etməyib. Onlar Ukrayna xalqının gözlənilmədən güclü müqaviməti ilə üzləşirlər. Müdafiə Nazirliyindəki mənbənin sözlərinə görə, rus ordusunun itkiləri sürətlə artmaqda davam edir.

14 təyyarə (13 döyüş təyyarəsi və 1 İL-76), 8 helikopter, 102 tank, 536 zirehli texnika, 15 artilleriya qurğusu, 1 SAM BUK-I, 3 min 500-dən çox əsgər öldürülüb, yaralanıb və əsir götürülüb. Bu itkilər Çeçenistandakı iki müharibədən çoxdur", - məlumatda bildirilib.

Qeyd edək ki, bunun hakerlərin işi olduğu şübhəsi olduqca böyükdür. Hakerlər saytın idarəetməsini müvəqqəti ələ keçirə və bu cür məlumatlar yerləşdirə bilərlər. Çünki açıqlanan rəqəmlər Ukrayna tərəfinin Rusiyanın itkiləri ilə bağlı səsləndirdiyi rəqəmlərin eynisidir.

Hələlik, bununla bağlı rəsmi açıqlama yoxdur.

Oxşar xəbərlər