61efdb4e3362f_kapak_014403

Rusiya Aleksey Navalnı haqqında ŞOK QƏRAR qəbul etdi

Rusiya Federal Maliyyə Xidməti müxalifət lideri Aleksey Navalnıy və onun dəstəkçilərinin bir qisminin adını “terrorçu və ekstremist siyahısı”na əlavə edib.

Kanal.az xəbər verir ki, bu barədə “Rosfinmonitoring” məlumat yayıb. Bildirilir ki, siyahıya əlavə edilən şəxslərin bank hesabları dondurulub. Onların arasında Lyubov Sobol, Vyaçeslav Gimadi, Georgi Alburov və digərləri var.

Qeyd edək ki, Rusiyada zəhərlənəndən sonra Almaniyaya gedərək müalicə alan Navalnı, vətəninə qayıdan kimi həbs edilib.