Rusiya ABŞ-ı mədəniyyət, elm, təhsil və media sahəsində əməkdaşlığa dair memorandumun ləğvi barədə xəbərdar edib.
Kanal.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Bu memorandumun qorunub saxlanması sadəcə olaraq mənasını itirib. İyunun 1-də Amerika Birləşmiş Ştatlarının Moskvadakı səfirliyinə bildirişlə müvafiq nota təqdim edilib”, - o bildirib.