64a198e80551c202307233400

Rus ordusu son sutkada Ukraynada ağır itkilər verdi - SİYAHI

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Kanal.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 229660 (+790) nəfər canlı qüvvəsi, 4052 (+10) tank, 7888 (+20) ədəd zirehli döyüş maşını, 4188 (+26) ədəd artileriya sistemi, 637 (+5) reaktiv yaylım atəşi sistemi, 390 (+1) hava hücumundan müdafiə sistemi, 315 (+0) təyyarə, 308 (+0) helikopter, 3557 (+12) PUA, 1261 (+0) qanadlı raket, 18 (+0) gəmi, 6816 (+22) avtomobil texnikası və avtosistern, 583 (+3) xüsusi texnikası məhv edilib.

/redaktor.az