Rus əsirlərdən ŞOK AÇIQLAMA: Bizi aldatdılar, dedilər ki, təlimdir - Heç kim getmək istəmirdi

  • Dünya
  • 28 Fevral 2022
621c897ae2235_5-2

Fevralın 27-də səhər Rusiyanın "Tiqr" yüngül zirehli maşınları Xarkov şəhərinin mərkəzində peyda olub. Ukraynanın Silahlı Qüvvələri onların qarşısını kəsərək, yandırıb və bir neçə hərbi qulluqçusunu əsir götürüb.

Twitterdə yerləşdirilən vieogörüntülərdə beş Rusiya hərbçisi - dörd çağırışçı və bir rezervistin sorğu-sual edilməsi göstərilib.

Əsir götürülənlər deyib ki, komandanlıq onları aldadıb, onlar əvvəlcə hərbi əməliyyat keçiriləcəyini bilməyib. Bölmələr təlimə göndərilib, nəticədə Ukrayna ərazisində olduğunu anlayıb.

"Əvvəlcə bizə dedilər ki, təlimə gəlmisiniz,- əsirlərdən biri danışıb.- Nəticədə bizi ön cəbhəyə göndərdilər, insanlar ruhdan düşüb, heç kim getmək istəmirdi. Amma dedilər ki, xalq düşməni olacaqsınız, həm də hərbi dövr olduğuna görə güllələnə bilərsiniz. Və bizi "top yemi"nə atdılar. Hərçənd, insanların çoxu bu müharibəni istəmir. Hamı evinə dönmək istəyir, sadəcə, sülh istəyir".

In #Kharkiv, volunteers and the #Ukrainian Armed Forces are fighting the occupants hiding in a school. pic.twitter.com/oGDJSa7brt

 

Oxşar xəbərlər