64199f5a2a076202303231314

Roza Zərgərlinin fotosu gündəm oldu - Anana bax... / FOTO

Müğənni Roza Zərgərlinin son paylaşımı müzakirəyə səbəb olub.

Kanal.az yazır ki, sənətçi valideynləri ilə fotosunu instaqram hesabına yerləşdirib.

Bu zaman izləyicilərdən biri "Anaya qəşəng paltar, qızıl falan al. Şəkildə sadəlik yox, imkansızlıq görünür. Özünüzə baxdığınız kimi valideynlərə də baxın. Allah qorusun onları", - deyə, iradını bildirib.

Roza isə cavabında "Kül başına, "Burberry" (geyim markası – red.) nə bilirsən nədir?", - deyə, qeyd edib.

Digər bir izləyici isə "Roza xanım, niyə paylaşırsan axı? Ağzına gələn sözü də eşidirsən" şərhini yazıb.

İfaçı isə "Mənə tərbiyə veriblər ki, heç vaxt heç kimin qəlbini qırma, tanımadığın insan haqqında rəy söyləmə, günahdır. Mən onların yazdığını vecim almıram. Onlar öz günahını qazanıb, özləri cavab verəcək" sözlərini bildirib.

Daha sonra isə Zərgərli sözügedən paylaşımın şərh bölməsini bağlayıb.

Roza bu FOTOsuna irad bildirən izləyicisini aşağıladı