
Roza Zərgərli: "Mənə 400 min dollar buraxsalar..." - VİDEO
Müğənni Roza Zərgərli müzakirələrə səbəb olacaq iddialı açıqlama verib.
Kanal.az xəbər verir ki, o, "Xəbər Ətər" verilişində qonaq olarkən özünü dünya şöhrətli müğənni Biyonsla müqayisə edib:
"300-400 min dollar burax mənə, gör, Biyonsun etdiyi rəqsi edirəm, yoxsa yox? Hip-hop da oxuyaram. Səmranı da qoyaram arxada, deyərəm Səmra, get, dincəl".
Aparıcı Zümrüd Bədəlova "nəyin əskikdir ki, artığın var ki, əskikliyin yoxdur" deyəndə Roza onun bu sözlərini təsdiqləyib. / lent.az
- Şou biznes
- 18 Yanvar 2023