Müğənni Röya Ayxan həmkarı Şəbnəm Tovuzlunun doğum günündə səhnədə onunla birgə çıxış edərkən maraqlı anlar yaşanıb.
Kanal.az xəbər verir ki, tədbir zamanı səhnəyə çıxan Elçin Cəfərov Şəbnəm Tovuzlunu təbrik edib. Lakin müğənninin bu təbrikə saymazyana münasibət göstərməsi diqqət çəkib.
Bundan sonra Röya Ayxan Şəbnəm Tovuzludan səhnəni tərk edərək tamaşaçılar arasında yer almasını istəyib. Ardınca Röya Elçin Cəfərovu qucaqlayaraq ona belə deyib:
“Mən nə etdiyimi bilirəm və sən də bilirsən”.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir sıra istifadəçilər Şəbnəm Tovuzlunun davranışını Elçin Cəfərova qarşı hörmətsizlik kimi qiymətləndirib, Röya Ayxanın reaksiyasını isə layiqli addım hesab ediblər. (bakupost)