65f6d9c0074d0202403245336

Rəqsanı qızının hamilə olmasından danışdı: Namusu, tərbiyəsi, qabiliyyəti ilə özünün yerini tutub

Müğənni Aysun İsmayılova ana olacaq.
Bu haqda məlumat "Tarixin bir günü" verilişində üzə çıxıb. Proqramın canlı efirinə zəng edən Aysunun müğənni anası Rəqsanə İsmayılova məlumatı təsdiqləyib. Verilişin aparıcısı Tarix Əliyevin (Tolik) "Rəqsanə, 6-7 aydan sonra nənə olacaqsan?" sualına müğənni belə cavab verib:
"Dedim qızıma ki, məni qocaltma. Çox gözəl hissdir. Aysunla fəxr edirəm. Namusu, tərbiyəsi, qabiliyyəti, mədəniyyəti ilə özü - özünün yerini tutun, saxlayıb".
Qeyd edək ki, Aysun İsmayılova ötən ilin sonlarında ikinci dəfə ailə həyatı qurub. O, vəkil Ramil Vəliyevlə nikaha girib. / Bizim.media