Bu barədə Demokrat.az aparıcı Səidə Bəkirqızı ilə əlaqə saxlayıb.
Aparıcı saytımıza açıqlamasında bildirib ki, artıq hüquqi addım başlayıb:
“Məsələ ilə bağlı qalmaqal yaratmamışdım, sadəcə faktları ortaya qoymuşdum. Jurnalist mövqeyimi ifadə etmişdim və bunu edərkən heç kəsi təhqir etməmiş, nə atasını, nə anasını, nə də şəxsiyyətini alçaltmamışdım. Müxtəlif mövzularda dəfələrlə jurnalist mövqeyimi açıq şəkildə ortaya qoymuşam. Lakin o, məni təhqir etdiyi, barəmdə böhtan və ağır ittihamlar səsləndirdiyi və bunları sosial şəbəkələrdə yaydığı üçün artıq hüquq-mühafizə orqanlarına müraciət etmişəm”.
O deyib ki, bu gündən etibarən məhkəmə proseslərinə başlanılacaq:
“Onunla yalnız hüquqi müstəvidə, Azərbaycan qanunlarına əsaslanaraq danışacağam. Sosial şəbəkələrdə ona heç bir cavab verməyəcəyəm. Ancaq haqqımda yayılan bütün yalan məlumatlara, atamın və babamın təhqir olunmasına, övladlarımın alçaldılmasına, eləcə də keçmişimlə bağlı yayılan əsassız iddialara görə o, qanun qarşısında cavab verəcək. Xüsusi olaraq qeyd edim ki, bu məsələ nə üzr istəməklə, nə də hər hansı təzminatla bağlanacaq. Mən birmənalı şəkildə onun həbs olunmasını tələb edəcəyəm, çünki bu, açıq-aşkar böhtan və təhqir faktıdır”.