Rəqsanə İsmayılovanın üzr istəməsinə Səidə Bəkirqızıdan reaksiya - VİDEO

  • Şou biznes
  • 03 Fevral 2026
6981c155caee0202602263517

Aparıcı Səidə Bəkirqızı müğənni Rəqsanə İsmayılovanın ondan üzr istəməsinə cavab verib.

Kanal.az xəbər verir ki, S. Bəkirqızı “Tarixin bir günü” verilişinə zəng edərək qalmaqalla bağlı danışıb.

S.Bəkirqızı Rəqsanə İsmayılovaya onun çıxışını səhv çatdırıldığını deyib:

“Mənə elə gəlir ki, Rəqsanə xanım çıxışıma tam baxmayıb. Deməmişəm ki, Rəqsanə kimi xanımı evində arvad edən kişi deyil və sairə. Demişəm ki, Rəqsanə kimi xanımları, sənət adamlarını evinin xanımı etmək hər kişinin işi deyil. Eyni zamanda, bizim kimi tanınan aparıcıları evinin xanımı etmək hər kişinin işi deyil. Çünki biz evdə oturan xanımlar deyilik, ictimaiyyətə açıq insanlarıq. O cür cəsarətli fotosessiyanın arxasında Fazil müəllim dayandığı üçün Rəqsanə etdi. Onu aşağılamamışam. Elə bir tərbiyə almamışam ki, kiminsə ərini ələ salım.”

S.Bəkirqızı Rəqsanəyə 5 dayaz düşüncəli işçidənsə, bir ağıllısını yanında saxlamasını tövsiyə edib.

“Mənim çıxışımda təhqir yox idi, amma verilişdə Aynur Dadaşova “Təhqir” deyərək sizi yenidən provakasiyaya çəkdi. Sizi istəyən insanlar olsaydılar, deyərdilər ki, Səidə xanımın çıxışını incələyək. Onda məsələ bu həddə çatmayacaqdı. Özümdən o qədər utanıram ki, saytı açırsan Səidə, sosial mediada Səidə”. (az24.az)

Oxşar xəbərlər