Müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.
Az24.az xəbər verir ki, bu barədə tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) paylaşım edib.
Qeyd edək ki, müğənni vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurdu. Bu ilin avqustunda məhkəmə 4 aylıq həbs qərarı çıxarmışdı. /az24.az
