664b0b2697c17202405243446

Rəisinin öldüyü qəzanın təfərrüatı: "Heyət anındaca həlak olub"

"İran prezidentinin olduğu helikopter 2500 metr hündürlükdə yerə çırpılıb və bütün sərnişinlər təbii fəlakətdən sonra anındaca həlak olublar".

Bu sözləri Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd deyib.

"Müxtəlif qurumların iştirakı ilə mürəkkəb və çətin əməliyyat həyata keçirilib. Hava və görmə çox pis olduğundan əməliyyat ləng gedib. Səhər saat 5-də helikopter iki kilometr məsafədən göründü və ona çatmaq üçün təxminən bir saat vaxt sərf olundu", - deyə Kolivənd bildirib.

11:02

İran prezidenti İbrahim Rəisi və digər rəsmilərin helikopter qəzasında həlak olması ilə əlaqədar ölkədə milli matəm elan olunub.

Həmçinin bu həftə İranda bütün idman tədbirləri də ləğv edilib.

Mənbə: kp.ru

10:50

Helikopter qəzasında həlak olan İran prezidenti və rəsmilərinin Əhvazda vida mərasimi keçiriləcək.

Bununla bağlı "Mehr" agentliyi məlumat yayıb.

Bildirilib ki, İbrahim Rəisi və onunla birlikdə hellikopter qəzasında dünyasını dəyişənlərin vida mərasimi İmam Xomeyni məscidində baş tutacaq.

10:05

İran prezidentinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların cəsədləri Təbrizə göndərilib.

Məlumata görə, axtarış əməliyyatı başa çatıb.


Bu barədə Qızıl Aypara Cəmiyyəti xəbər yayıb.

Mənbə: TASS


09:37

İran Prezidenti İbrahim Rəisi və digər rəsmiləri daşıyan helikopterin qəzaya uğradığı yerin görüntüləri yayılıb.

Qeyd edək ki, aviaqəzanın baş verdiyi yeri Türkiyəyə məxsus pilotsuz uçuş aparatı müəyyən edib.

İran Qızıl Aypara Cəmiyyətinin sədri Pir Hüseyn Kolivəndin sözlərinə görə, xilasedicilər helikopteri bazar ertəsi səhər tezdən (helikopterin yoxa çıxmasından 12 saat sonra) təxminən 2 kilometr məsafədən görüblər.


09:36

İranda prezident helikopterinin qəzaya uğraması nəticəsində həlak olan sərnişinlərin cəsədlərinin tanınması prosesinə başlanılıb.

Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Öz növbəsində İranın vitse-prezidenti Möhsün Mənsuri prezident İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzasında həlak olması xəbərini təsdiqləyib.

İran dövlət televiziyası da İbrahim Rəisinin öldüyünü açıqlayıb.

07:29

İran Prezidenti İbrahim Rəisi və digər dövlət rəsmilərinin olduğu helikopterin qalıqları tapılıb, ancaq qəzadan sağ çıxan olmayıb.

Bu barədə İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivand deyib.

"Qəzaya uğramış helikopter qalıqlarının tapıldığı yerdə sağ qalmış sərnişin olmayıb", - Kolivand IRIB-ə bildirib.

06:05

İran prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdə olan sərnişinlərin siyahısı açıqlanıb.

Bu barədə İRNA agentliyi məlumat yayıb.

Bildirilib ki, qəza zamanı helikopterin göyərtəsində prezidentdən başqa, höccətül-islam, Təbrizin imam cüməsi Seyid Məhəmməd Al-Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian, Şərqi Azərbaycanın qubernatoru Malik Rəhməti, pilot, ikinci pilot, sərnişin köməkçisi, mühafizə dəstəsinin rəhbəri və mühafizəçilərdən biri olub.

04:39

İran Prezidenti İbrahim Rəisinin helikopterinin göyərtəsində olan Təbriz şəhərinin cümə imamı Məhəmməd Əli əl Haşimi iki dəfə telefonla əlaqə saxlayıb və səhhətindən şikayətlənib.

Bu barədə İslam Respublikasının Xarici İşlər Nazirinin müavini Mehdi Səfəri bildirib.

"İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterin qalıqları olduğu ehtimal edilən yer müəyyən edilib. Bir neçə dəqiqə əvvəl hadisə yerində olan heyət üzvünün helikopterindən və mobil telefonundan bir siqnal alındı. Hazırda biz bütün hərbi qüvvələrlə sözügedən bölgəyə yola düşürük və ümid edirəm ki, insanlara müjdə verəcəyik", - "Tasnim" agentliyi ondan sitat gətirib.

Xatırladaq ki, mayın 19-da İran Prezidentinin olduğu helikopter sərt eniş edib. Təyyarədə həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və ölkənin bir sıra digər rəsmiləri də olub. Prezidentin kortejində üç helikopter olub, onlardan ikisi nazirləri və məmurları daşıyaraq təyinat yerinə salamat çatıb.

00:38

İranın "Fars" agentliyi Rəisinin helikopterinin axtarışı üzrə əməliyyatın yeni görüntülərini paylaşıb.

Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisi və bir neçə dövlət rəsmisinin olduğu helikopter 19.05.2024 tarixində Şərqi Azərbaycan əyalətində qəza enişi edib. Helikopterin axtarışı davam edir.