Rəisinin həlak olduğu helikopterə kiberhücum olubmuş: ŞOK GƏLİŞMƏ
İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması hazırda dünyanın əsas gündəm mövzusudur. İbrahim Rəisi və helikopter qəzasında digər həlak olanların dəfn mərasimi bu gün – mayın 23-də ölkənin şimal-şərqində yerləşən Məşhəd şəhərində keçiriləcək. İran Prezidenti İbrahim Rəisidən başqa, helikopterdə Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Təbrizin imamı Seyid Məhəmməd Əl Haşim, Şərqi Azərbaycan valisi Malik Rəhməti, Sərdar Seyid Mehdi Musəvi, Prezidentin Mühafizə Birliyinin komandiri və bir sıra mühafizəçilər və ekipaj üzvləri olub.
Qarşıdakı bir ayda İranda prezident və dini lider postları uğrunda hakimiyyətdaxili qarşıdurma güclənəcək. Baş vermiş hadisə ilə bağlı müxtəlif versiyalar irəli sürülsə də, hazırda faktla bağlı araşdırmalar aparılır.
Mövzunu Referans.az-a şərh edən politoloq Tofiq Abbasov deyib ki, bu məsələ ilə bağlı həddindən çox versiyalar irəli sürülür:
“Suallar çox, amma cavablar isə olduqca azdır. Əlbəttə! Həmin 3 helikopterin birlikdə uçmağı, birinin radarlardan itməsi, eləcə də hava şəraitinin o qədər müəmmalı və ya problemli olmaması bəzi suallar doğurur. İran sistemində belə bir qayda var ki, rəsmilərin demədiyi fikrləri, mesajları bəzən İslam İnqilabı Keşikçiləri Korpusu - SEPAH çatdırır. Qəzadan sonra biz SEPAH-ın bir sıra müəmmalı və yersiz ittihamlarını müşahidə etdik. Amma əsası olmayan iddialar düzgün deyil”.
Politoloq qeyd edib ki, yeni iddialardan biri də İbrahim Rəisinin, xarici işlər nazirinin və digər şəxslərin olduğu helikopterə kiberhücumunun olmasıdır. Hər bir halda bir çox iddialar səsləndiriləcək, amma heç biri baş vermiş hadisəni dəyişməyəcək: “Artıq elə tapşırıqlar veriblər ki, müvafiq orqanlar, kiber təhlükəsizliklə bağlı fəaliyyət göstərən qurumlar araşdırma aparıb dəqiq və səlist bir açıqlama versinlər. Bu məsələlərin hamısına aydınlıq gətirilməyənə qədər müəmmalar olacaq və iddialar səsləndiriləcək. İsrailin də bəzi təşkilatlatları, o cümlədən mətbuat orqanları və KİV-ləri dərhal informasiya siyasətində “İsrailin bu məsələyə aidiyyatı yoxdur” deməyi də bir növ şübhə doğurur. Məsələ burasındadır ki, əgər sizin bu hadisə ilə yaxından-uzaqdan əlaqəniz yoxdursa, niyə bunu ilk öncə siz deyirsiz?”
Tofiq Abbasov əlavə edib ki, birinci şəxslər (İran rəsmiləri) daha çox məlumatlıdırlar, İranın tədqiqat orqanları hər şeyi daha yaxşı bilirlər. İstənilən halda gözləyib hadisələrin necə cərəyan edəcəyinə baxmaq lazımdır. Əslində, istintaqa verilmiş materiallar bəzi müəmmalara işıq salır. Amma yenə də hər bir halda səbrli olub nə olacağını gözləməliyik.
Aqil Qarayev
- Dünya
- 23 May 2024