"Rayonlu-şəhərli söhbətinə söyüş qoymaq lazımdır"

  • Ölkə
  • 20 Yanvar 2023
63c529a58c22e202301234037
  • Oxunub: 869

Əməkdar artist Bəhram Bağırzadənin rayonluları təhqir etməsi ilə bağlı sözləri günlərdir müzakirələrə səbəb olub. 

Kanal.az xəbər verir ki, bir çox tanınmış aktyoru "Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsünüz, onlar hətta restoranda çox ucadan danışırlar" sözlərinə görə tənqid atəşinə tutulub. 

Xalq artisti Brilliant Dadaşova alim Rəşid Mahmudovun "Bakıya gələndə bakılılar damı qırla örtürdülər. Rayonlular bakılılara mədəniyyət öyrətdilər" sözlərinə şərh yazıb. 

"Bu nə söhbətdir? Biz rayonlular, o şəhərlilər? Bu söhbətləri kim təhrif edir? Bəhramın nə dediyini anlamadan, bu nə sözbazlıqdır yayırsınız? Bu ataya Bəhramın sözlərini kim tərs anladıb? Bakı hamımızın gözəl paytaxtı, canımızdır. Bakıda hansı damlar qır olub? Hacı Zeynalabdinin? Musa Nağıyevin? Yusif Dadaşovun damı? Azərbaycanın Bakı, Gəncə, Şamaxı, Şəki, Qarabağ, Naxçıvan, bir çox şəhər və rayonlarında, gözəl guşələrimiz hər zaman olub və olacaq. Həmçinin də ziyalılarımız" deyə, Dadaşova əlavə edib. 

Müğənni-bəstəkar Murad Arif isə məsələyə "Yenə lentamız "Moşu-Sööda" qarşıdurmasına çevrilib. Məncə, bu dəxlisiz rayonlu-şəhərli söhbətinə söyüş qoymaq lazımdır" sözləri ilə reaksiya verib. 

Aparıcı Murad Əzimzadə isə "Rayonlu-şəhərli söhbəti etmək kəndçilikdir" deyə, status paylaşıb. 

Qeyd edək ki, B.Bağırzadə "Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər.  Görürsüz, onlar hətta restoranda çox ucadan danışırlar. Belə bir ifadə  var, şəhər öz memarlığı il gözəldir, amma şəhər birinci növbədə orada  yaşayan insanlarla gözəldir. Son 25 ildə şəhər çox dəyişib. Rayondan  gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz  susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz" sözlərini söyləyib. / Axşam.az

Oxşar xəbərlər