Rayan Giqz iki qadına hücum etməkdə ittiham olunub -  FOTO
İdman
24.04.2021 03:48
461

Rayan Giqz iki qadına hücum etməkdə ittiham olunub - FOTO

Loading...

“Mançester Yunayted”in əfsanəvi futbolçusu, hazırda isə Uels yığmasının baş məşqçisi olan Rayan Giqz iki qadına hücum etməkdə ittiham olunub.

Bu barədə “The Sun” nəşri Briytaniya Kral prokurorluq xidmətinə istinadən məlumat yayıb.

Eks-futbolçu öz keçmiş rəfiqəsi Keyt Qrevvilə bədən xəsarətləri yetirməkdə günahlandrılır. Ötən ilin noyabr ayında Giqzin Uorslidəki evində baş vermiş insident zamanı 20 yaşlı digər bir xanım da xəsarət alıb.

Baş məşqçi ittihamla əlaqədar saxlanılıb və girov müqabilində sərbəst buraxılıb. Ondan aprelin 28-də Mançester və Solfordun magistral məhkəməsinə gəlməsi barədə iltizam alınıb. 

Qeyd edək ki, məsələ ilə bağlı Uels Futbol Federasiyası bəyanat yayaraq, Rayan Giqzin AVRO-2020 zamanı komandaya rəhbərlikdən kənarlaşdırıldığını bildiriib. Onu bu vəzifədə Robert Peyc əvəz edəcək. 


rayan giqz
qadina hucum
ittiham olunub
Loading...
close
close