Ramazan ayının 19-cu gününün duası
Blog
29.04.2021 03:10
277

Ramazan ayının 19-cu gününün duası

Loading...

Qazandığımız və əldə etdiyimiz sərvətə Allah xeyir-bərəkət verməsə ondan bəhrələnməmiş tükənər.

Kanal.az Ramazan ayının 19-cu günün duasını təqdim edir. Bu günün münacatı bərəkət əldə etmək üçün həmişə Allaha dua etməyin vacib olduğunu bəyan edir. Yaşadığımız cəmiyyətdə ehsan edən və müxtəlif yardımlar göstərən insanlara tez-tez rast gəlmək olur. Amma bu insanlardan əksəriyyətinin etdiyi yardım və köməklər şöhrət məqsədilə baş verdiyindən Allah dərgahında qəbul edilmir. Bu günün münacatında bildirilir ki, etdiyimiz köməklərin qəbul olmasının əsas şərti onu sidqi qəlblə yerinə yetirməkdir.

Ramazan ayının 19-cu gününün duası belədir:

"Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin".

Tərcüməsi:

"İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirlərə doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə! Ey aşkar haqq yolunun hidayətçisi".

ramazan ayı 19 günün duası
ramazan ayi duasi
19 gunun duasi
ramazan duası
Loading...
close
close