Ramazan ayının 12-ci gününün duası
Blog
29.04.2021 03:52
527

Ramazan ayının 12-ci gününün duası

Loading...

“Möminin sifətlərindən biri də aza qane olmaqdır”.

Kanal.az xəbər verir ki, Ramazan ayının 12-cü gününün duası müsəlmanları bir-birinin eybini örtməyə, aza qane olmağa, insaflı mövqe nümayiş etdirməyə çağırır. Rəhmli Allah bəndəsinə mərhəmət edərək, müvəqqəti olaraq, onun günahlarının hamıya əyan olmasının qarşısını alır. Lakin bu məsələ, günah işlərə daha israrlı şəkildə yanaşmağa yol açmamalıdır. İnsan etdiyi günahları davam etdirməməli və öncədən baş verən təqsirlərə görə peşmançılıq hissi keçirməlidir. 

Amma bu istiqamətdə önəmli olan budur ki, bu kimi sifətlərə yiyələnmək istəyənlər həmişə Allaha dua etməlidirlər. 

Ramazan ayının 12-ci gününün duası:

"Allahummə zəyyinni fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi bilibasil-qünui vəl-kəfaf. Vəhmilni fihi ələl-ədli vəl-insaf. Və amilni fihi min kulli ma əxaf. Bi-ismətikə ya ismətəl-xaifin".

Tərcüməsi:

"İlahi, bu gün günahlarımı gizlətmək və iffət bağışlamaqla məni zinətləndir. Bu gün mənə qənaət və kifayətçilik libasını geyindir. Məni bu gün ədalət və insafa vadar et. Bu gün məni bütün qorxduğum şeylərdən amanda saxla. İsmətinə and verirəm, ey qorxu içində olanların mühafizəçisi".

Allah tutduğunuz orucları qəbil eləsin!

ramazan ayı 12 günün duası
ramazan ayı duası
12 gunun duasi
ramazan duasi
Loading...
close
close