Ramazan ayında 21-ci gününün duası
Blog
29.04.2021 03:14
229

Ramazan ayında 21-ci gününün duası

Loading...

"İnsan özünü cənnətdən ucuza satmamalıdır".

Kanal.az Ramazan ayının 21-ci günün duasını təqdim edir. Bu günün duası bəndəni həmişə Allahın razılığını əldə etməyə və şeytana boyun əyməməyə çağırır. Bu duada deyilir ki, insanın dəyəri yalnız cənnətdir və insan özünü cənnətdən ucuza satmamalıdır. Elə bu fikir həzrəti Əlinin (ə) hədisində də əksini tapıb. Belə ki, insanın qədri-qiyməti dünyanın fani sərvət və nemətlərindən daha üstündür və yalnız cənnət insanı dəyərləndirib, həqiqi qiymətinin əvəzedicisi ola bilər.

Ramazan ayının 21-ci gününün duası:

"Allahumməc’əl li fihi ila mərzatikə dəlila. Və la təc’əl liş-şeytani fihi əleyyə səbila. Vəc’əlil-cənnətə li mənzilən və məqila. Ya qaziyə həvaicit-talibin".

Tərcüməsi:

"İlahi, bu gün sənin razılığına bais olan əməllərə doğru mənə yol göstər! Bu gün şeytanın mənə hökmranlıq yollarını bağla! Cənnəti mənim üçün mənzil və aramgah et! Ey tələb əhlinin ehtiyacını yerinə yetirən Allah!"

ramazan ayı 21 günün duası
21 gunun duasi
ramazan ayı duası
ramazan duasi
Loading...
close
close