Ötən gecə Bakıda baş tutan “Qarabağ” – “Çelsi” matçından sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransındakı sözləri Türkiyədə böyük maraqla qarşılanıb.
Kanal.az xəbər verir ki, Qurbanov çıxışı zamanı Türkiyənin “Qalatasaray” klubunun Niderland təmsilçisi “Ayaks”a qarşı oynacağını vurğulayıb və hər kəsi oyunu izləməyə çağırıb.
O, “Bütün suallar bitdi, “Qalatasaray“ın oyunu var, gedək ona azarkeşlik edək”, – deyə bildirib və ayağa qalxaraq zalı tərk edib. Həmin anın görüntüləri Türkiyə KİV və sosial şəbəkə seqmentində gündəm olub, sürətlə paylaşılıb və təqdir edilib.
Qeyd edək ki, oyun Türkiyə təmsilçisinin “Ayaks” üzərində 3:0 qələbəsi ilə yekunlaşıb. “Qalatasaray“ın hücumçusu Viktor Osimen “het-trik” edib. (globalinfo.az)
Görüntüləri təqdim edirik: