Əlləri hər şeydən üzülmüş çarəsiz xəstələr var, hansı ki, həyatdan ümidlərini üzüblər. Onlar haqqında biraz söhbət edək..
Deməli elə xəstəliklər var ki, o xəstəliyin adını eşidən hər bir insan bir xəyal qırıqlığına uğrayır, yəni həyatdan ümidini üzür, çox çarəsizləşir, insanlardan küskünləşir. Məsələn, xərçəng xəstəliyi, bəzi sistem xəstəlikləri, bəzi xəstəliklərin çox ağırlaşması və s. Ümumiyyətlə bu kimi xəstəliklərdə xəstələr uzun illər müalicə alır və müalicələrin effektinin olmadığını görəndə bundan sonra həyatdan küskün bir vəziyyətə düşürlər. Bu xəstələr üçün məsləhət vermək isəyərdim və bu məsləhət onların həyatda yaşaması üçün çox önəmli bir məsləhətdir. Ümumiyyətlə Qurani Kərim özü başdan-başa bir şəfadır. Hər bir Quran oxuyan, Qurana inanan insan onun şəfasından xəbərdardır.
Peyğəmbərimiz sallallahu aleyhi və səlləm özü “Fatihə” surəsini “Quranın anası” adlandırmışdır və eyni zamanda “kitabı açan” bir surə kimi də tanınır. Hər bir müsəlman namazlarının bütün rükətlərini “Fatihə” surəsi ilə başlayır. “Fatihə” surəsinin ayələri şəfa ayələridir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin dövründə Onun səhabələrindən bir qrup bir qəbilədən yatmağa bir yer istəyir və qəbilə bunlara yatmağa yer vermir. Ama axşam həmin o qəbilədən bir nəfər qaça-qaça, ağlayaraq gəlir ki, bizim qəbilə başçısının halı pisdir, sizin içinizdə həkim varmı bizim başçımıza müalicə etsin. Və bunların içindən bir nəfər kömək etməyə razılaşır. Bu adam gəlir xəstəyə nələrsə oxuyur və qəbilə başçısı sağalır və qarşılığında da ona bir neçə qoyun verirlər. Bu xəbər bizim Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə çatdırılır və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm həmin insandan soruşur ki, “sən xəstəyə nə etdin?”. O da cavabında “mən əlimi qoydum həmin xəstənin üstünə və bir neçə dəfə Fatihə surəsi oxudum”. Və bundan sonra Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyir ki, “bəli Fatihə surəsi ən böyük şəfadır”.
Biz bu surəni və hədisi əlimizdə rəhbər tutaraq onlardan xəstəliklərin müalicəsində istifadə etməliyik. Və xəstələrimiz bu surəni daimi şəkildə özləri üçün oxumalıdırlar. Məsələn tutaq ki, başında bir xərçəng xəstəliyi, şiş xəstəliyi olan xəstə özü-özünü də müalicə edə bilər və ətrafındakı insanlar da bu xəstəliyə təsir edə bilər. Bunun üçün əlini həmən hissəyə qoyur və gündə 5 dəfə, hər dəfə 5 oxunuş olmaqla ümumi gün ərzində 25 dəfə “Fatihə” surəsini oxusun. Bunun üçün elə ən gözəl vaxtlar namaz vaxtlarıdır. Beş vaxt namazda namaz girən kimi əlini qoyur ağrı olan hissəyə və beş dəfə “Fatihə” surəsini oxuyur. Və yaxud özü oxumur, yanında bir adam oxuyur və ya telefonda oxutmaqla da edə bilərlər. Mən hətta məsləhət görərdim ki, bu insanlar yanlarına bir stəkan su qoysunlar, bu Fatihə surəsini suya oxusunlar və sonra “Bismilləh” də deyib bu suyu içsinlər. Çünki suyun özünə də “Fatihə” surəsi oxunduqda suyun molekulları çox nizamlı bir şəkildə düzülür və suyun da yaddaşı olduğundan su hüceyrələri də Quran oxunduğunda həddindən artıq nizamlı bir düzülüşə malik olur və bu suyun içilməsi çox faydalıdır.
Mən deyərdim hər bir insan ümidsizliyə düşməkdənsə bu kimi üsullardan istifadə etsin və hər günündən gün keçdikcə özünə inamı da artacaq. Xəstəliyə qalib gəlmək üçün özündə qüvvə tapacaq, özündə bir ruh yüksəkliyi əmələ gələcək, özü ilə Allah arasında bir körpü yaranacaq inşəAllah. Ona görə biz bu kimi müalicələrdən həmişə istifadə etməliyik.