Qonşular Qadını Aldadaraq Meşəyə Aparıb Zorladılar  Dəhşət (FOTO-VİDEO)
Dünya
16.02.2021 12:03
4134

Qonşular Qadını Aldadaraq Meşəyə Aparıb Zorladılar Dəhşət (FOTO-VİDEO)

Loading...

“Anan xəstələnib” yalanı ilə aldadılıb zorla meşəlik əraziyə gətirilən 25 yaşlı qız vəhşicəsinə zorlanıb.


Qonşuları onu aldadaraq meşəlik bir əraziyə aparıb təcavüz ediblər. Belə ki, ticarət mərkəzlərinin birində bazarlıq edən qıza 20 və 40 yaşlı iki qonşusu yaxınlaşaraq “Anan xəstələnib, səni aparacağıq” deyib. Qız dərhal anasına və bacısına zəng etməyə çalışsa da, onlara zəng çatmayıb. Nəticədə, qız qonşularına razılıq verərək maşına oturub.

“Şillə vurdular, huşumu itirdim”...

Qız başına gələnləri belə danışdı: “Yol gedərkən birdən istiqaməti dəyişdilər. Səbəbini soruşdum, “Sən qarışma “ dedilər. Maşında əxlaqsız ifadələr səsləndirirdilər. Maşında özümü itirmişdim. Ayılanda meşəlik bir ərazidə olduğumu gördüm. Mənə zorla dərman içirdilər. İçmək istəmədim. Lakin bunu etməsəm məni öldürəcəkləri ilə hədələdilər. Başım fırlanırdı. Ayqada dura bilmirdim. Sonra mənimlə cinsi əlaqədə olmaq istədiklərini bildirdilər. Onlara qarşı çıxdım. Lakin əllərindəki bıçaqla məni parça-parça edəcəklərini bildirdilər. Ağlıma bir anda Özgə Can Aslan gəldi. Çox qorxdum. Üzərimdəkiləri çıxardaraq alt paltarlarımı cırdılar. Ardınca hər ikisi mənə təcavüz etdi. Təcavüz 3 saat davam etdi”. “Təhdid etdilər”... Bu hadisənin heç kəsə bildirilməməsi ilə bağlı hədələnən qız bunları dedi: “Əks təqdirdə məni və ailəmi öldürəcəklərini, həmçinin cinsi əlaqədə olarkən çəkilən şəkillərin internet vasitəsilə yayaraq məni biabır edəcəklərini bildirdilər. Sonra şəhər mərkəzinə yaxın yerdə məni maşından itələyərək düşürdülər”.

“Ailəmin mənfi reaksiyası ilə qarşılaşdım”...

Təcavüzə məruz qalan qıza ailəsinin münasibəti birmənalı olmayıb: “Ailəmdən dəstək gözləyirdim. Lakin onların mənfi reaksiyası ilə qarşılaşdım. Məhkəməyə müraciət etdim. İstintaq hələ də davam edir. Mənə təcavüz edənlər sorğudan sonra sərbəst buraxıldı. Belə şəxslər bayırda rahat dolaşa bilməzlər. Mən sadəcə ədalətin yerini tapmasını istəyirəm. Psixoloji problemlərim yaranıb. Ailəm məndən üz döndərib. Məni küçəyə atdılar. Mən isə Antalyada yaşayan xalam qızının evinə sığındım”.

Qeyd edək ki, işin istintaqı üzrə hazırda Kırıkkale şəhər məhkəməsində araşdırmalar davam etdirilir

Kanal.az

zorlama
təcavüz
Loading...
close
close