63d7a85852d66202301232200

Qobustanda 600 ildir dağın başında duran nədir? - VİDEO

Şirvana çatmamış yüksək dağda səcdə vəziyyətində dayanan bir qoca gördüm. Qocanın səcdədən qalxmadığını müşahidə etdim və türbənin təmizliyinə cavabdeh olan Səlahəddin adlı şəxsdən onun namazını nə zaman başa vuracağını soruşdum. Həmin şəxs də cavabında qocanın bir neçə yüz il əvvəl vəfat etdiyini dedi... 
Yerin Qulağı yutub kanalı hələ də sirri açılmayan, hər kəsin marağına səbəb olan Diribaba türbəsi haqda son məlumatları təqdim edir:
Diribaba türbəsi Qobustan rayonunda yerləşir. Dağın döşündə tikilmiş ikimərtəbəli türbədir. Türbənin mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində onun tikilmə tarixi haqqında belə bir məlumat əks olunub: "Hicri 805-ci ildə (eramızın 1402-ci ilində) Şirvanşah Şeyx İbrahimin əmri ilə tikilib".

Ətraflı sujetdə: